Peruda 6 bal gücündə zəlzələ baş verib


Cənubi Amerika ölkəsi Peruda 6 bal gücündə zəlzələ olub. Zəlzələdən sonra Panamerikana magistralının bəzi hissələrində sürüşmə baş verib.


ABŞ Geoloji Xidməti (USGS) episentri Perunun Arekipa bölgəsindəki Karaveli şəhəri olan 6 bal gücündə zəlzələnin yerin 19 kilometr dərinliyində baş verdiyini bildirib.

Peru Geofizika İnstitutunun Milli Seysmoloji Mərkəzinin (IGP) məlumatına görə, ölkədə 6 bal gücündə zəlzələ baş verib.

Səlahiyyətlilər tərəfindən verilən açıqlamada, zəlzələdən sonra Panamerikana magistralının bəzi hissələrində sürüşmənin olduğu bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu