Kiyev Vaşinqtondan kəşfiyyat məlumatları almağa davam edir - Ukrayna KİV-i

Vaşinqtondan hərbi yardımın dayandırıldığı barədə xəbərlərə baxmayaraq, Ukrayna hələ də ABŞ-dan kəşfiyyat məlumatı alır.
AFN.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" hərbi-siyasi dairələrdəki mənbələrə istinadən məlumat yayıb.
“Kəşfiyyat məlumatlarının ötürülməsinə və ya onun mübadiləsinə gəlincə, Ukrayna hakimiyyəti hələlik heç bir dəyişiklik hiss etməyib, hər şey əvvəlki kimidir”, - agentliyin mənbəsi bildirib.
Qeyd edək ki, "Reuters" Ağ Evin sözçüsünə istinadən xəbər verir ki, Tramp Kiyevə bütün hərbi yardımların dayandırılması barədə göstəriş verib. Daha sonra Pentaqonun nümayəndəsi TASS-a bu məlumatı təsdiqləyib.