Rusiya və ABŞ kəşfiyyat rəhbərləri Ukrayna məsələsini müzakirə ediblər


Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin ötən ay ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Burns ilə Ukrayna məsələsi ilə bağlı telefon danışığı apardığını açıqlayıb.


AFN.az xəbər verir ki, Narışkin TASS-a iyunun sonunda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnslə telefonla danışdığını təsdiqləyib.

Görüşün səbəbinin iyunun 24-də muzdlu “Vaqner” qrupunun Rusiya administrasiyasına qarşı silahlı üsyanı olduğunu bildirən Narışkin, deyib ki, söhbətin əsas hissəsi Ukrayna məsələsi və Ukrayna ətrafında cərəyan edən proseslərə yönəldilib: "Biz Ukrayna ilə bağlı nə edəcəyimizi düşündük və danışdıq" - deyə o, qeyd edib.

Görüşün bir saata yaxın davam etdiyi barədə məlumatı paylaşan Nariskin qeyd edib ki, Bernslə təkbətək görüş ehtimalı davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu