ABŞ səfirliyi Ankarada aparılan danışıqların mövzusunu açıqladı


ABŞ-ın Moskvadakı səfirliyi MKİ və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri arasında Ankarada aparılan danışıqların mövzusunu açıqlayıb.


AFN.az xəbər verir ki, "ABŞ və Rusiyanın nüvə düyününün idarə olunması üçün rabitə kanalı var" - deyə ABŞ-ın Rusiyadakı müvəqqəti işlər vəkili Elizabet Rud bildirib: "ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns və Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin noyabrın 14-də Ankarada keçirilən danışıqlarda Ukrayna məsələsini müzakirə etməyiblər".
Rudun sözlərinə görə, müzakirə mövzusu nüvə risklərinin idarə olunması olub: “ABŞ və Rusiya Federasiyasının riskləri, xüsusən də nüvə risklərini idarə etmək üçün kanallar var və MKİ direktoru Burnsun rusiyalı həmkarı ilə görüşünün məqsədi də bu idi. Cənab Burns heç bir danışıqlar aparmayıb və Ukraynadakı münaqişənin həllini müzakirə etməyib”.
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov kəşfiyyat orqanlarının rəhbərləri arasında danışıqların təfərrüatlarını açıqlamaqdan imtina etmiş, lakin görüşün Vaşinqtonun təşəbbüsü ilə keçirildiyini qeyd etmişdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, məhz Narışkinlə Börns arasında Ankarada keçirilən görüş ölkələr arasında gərginliyin qarşısının alınmasında əsas rol oynayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu