Ankarada Rusiya və ABŞ nümayəndə heyətləri arasında görüş olub - YENİLƏNİB


Türkiyənin paytaxtı Ankarada Milli Kəşfiyyat Təşkilatının qərargahında Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin görüşü olub.


Bu barədə NTV telekanalı məlumat yayıb.

Bildirilir ki, görüş zamanı Ukrayna məsələsi ilə bağlı müzakirələr aparılmayıb.

***

Türkiyənin paytaxtı Ankarada Rusiya və ABŞ nümayəndə heyətləri arasında müzakirələr gedir.


“Report” xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” nəşri yazıb.

Bildirilib ki, Rusiya Xarici Kəşfiyyat İdarəsinin direktoru Sergey Narışkin Ankaraya səfər edib.

Müzakirələrin təfərrüatı hələ açıqlanmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu