Litva SAFE proqramı çərçivəsində Aİ-dən təxminən 1 milyard avro alıb


Litva Avropa İttifaqının hərbi yönümlü SAFE (Security Action for Europe / Avropa üçün Təhlükəsizlik Tədbirləri) proqramı çərçivəsində 956 milyon avro həcmində ilk maliyyə tranşını əldə edib.

AFN.az xəbər verir ki, bu barədə məlumatı Baltikyanı respublikanın Maliyyə Nazirliyinə istinadən ölkənin LRT milli radiosu yayıb.

Nazirliyin verdiyi məlumata görə, daxil olan bu vəsait ölkəyə ayrılmış ümumi 6,375 milyard avroluq kredit paketinin 15%-ni təşkil edən avans ödənişidir. Qeyd olunub ki, SAFE proqramı çərçivəsində verilən güzəştli kreditlər dövlətlərin böhranlara qarşı dayanıqlılığının artırılmasına və hərbi-müdafiə potensialının inkişafına yönəlib.

Xatırladaq ki, cari ilin mayın 9-da Vilnüs Avropa Komissiyası ilə Aİ-nin milliləşdirmə və hərbi hazırlıq proqramı çərçivəsində 6,375 milyard avroluq kredit sazişi imzalayıb. Bu vəsait xüsusilə Litva ərazisində Almaniya briqadasının bazasında yerləşdirilən NATO-nun çoxmilli döyüş qrupunun təminat xərclərinin ödənilməsinə, həmçinin hava hücumundan müdafiə sistemlərininantidron texnologiyalarının alınmasına sərf olunacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu