Polşaya ABŞ-dan 2 milyard dollar kredit: hava hücumundan müdafiə sistemləri alınacaq
ABŞ Polşaya hava və raket hücumundan müdafiə sistemləri üçün hərbi texnikanın alınması məqsədilə 2 milyard dollar kredit ayırıb.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.
"Polşa və ABŞ Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində 2 milyard ABŞ dolları məbləğində birbaşa kreditin ayrılması barədə razılığa gəliblər", - deyə nazirliyin saytında bildirilir. Polşa hakimiyyəti alınan vəsaiti hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərinin alınmasına sərf edəcək.
Qeyd olunur ki, bu, Varşavanın Vaşinqtondan aldığı ikinci belə kreditdir.