Polşa yeddi milyard dollardan artıq hərbi müqavilələr imzalayıb
Polşa təxminən 7,5 milyard dollar dəyərində silah və texnikanın alınması üçün hərbi müqavilələr bağlayıb.
Bu barədə ölkənin müdafiə nazirinin müavini Çezari Tomçik bildirib.
Ordu üçün silah alınmasına münasibət bildirən nazir müavini son müqavilələrin məbləğini bölüşüb. “Son üç ayda 30 milyard zloti (təxminən 7,5 milyard dollar) dəyərində 20-yə yaxın müqavilə imzalamaq mümkün olub”, - Polşa Müdafiə Nazirliyinin (MN) rəis müavini qeyd edib.
Onun sözlərinə görə, Polşa ordusu yerli infrastrukturu yeni texnika üçün hazırlamaq məqsədilə daha iki milyard dollar xərcləməyi planlaşdırır.