Polşadan "Qazprom"a qarşı 1,4 milyard dollarlıq iddia


Yamal-Avropa qaz kəmərinin Polşa hissəsinin sahibi olan Polşanın "EuRoPol GAZ" şirkəti Stokholmdakı Ticarət Palatasında arbitrajda Rusiyanın "Qazprom" şirkətinə qarşı 6 milyard PLN (1,4 milyard dollardan çox) təzminat iddiası qaldırıb.


AFN.az xəbər verir ki, bu barədə cümə günü Polşa baş nazirinin müavini və dövlət aktivlərinə nəzarət naziri Yaçek Sasin RMF24 radiostansiyasına bildirib.

Qaz tranzitinə cavabdeh olan "EuRoPol GAZ" qaz nəqli üçün ödənilməmiş borcun təxminən 850 milyon PLN (təxminən 220 milyon ABŞ dolları) hissəsinin qaytarılması üçün "Qazprom"a qarşı arbitrajda iddia qaldırıb. Bundan əlavə, "EuRoPol GAZ" Hazırda Rusiya qazını daşımadığına görə İtirdiyi mənfəət müqabilində "Qazprom"dan 5 milyard zloti (təxminən 1,2 milyard dollar) almaq niyyətindədir.

Sasinin sözlərinə görə, 2010-cu ildə Polşa hakimiyyəti Rusiya şirkətinin 2045-ci ilə qədər EuRoPol GAZ-dan istifadə edərək Avropaya qaz tədarük edəcəyinə ümid edərək "Qazprom"la mənfəətsiz müqavilə bağlayıb. "Sələflərimizdən fərqli olaraq, biz heç vaxt ruslar qarşısında diz çökməmişik" - deyə Sasin vurğulayıb. O bildirib ki, sələfləri "təəccüblü şəkildə" rusların onlara qoyduğu şərtlərlə razılaşıblar və Polşaya qaz tədarükünü şaxələndirməyə ehtiyac görməyiblər.

Polşa qazın pulunu rublla ödəməkdən imtina etdiyi üçün Polşaya təbii qazın tədarükü bir ildən çox əvvəl "Qazprom" tərəfindən dayandırılmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu