ABŞ Nümayəndələr Palatasına İsrail üçün 14,3 milyard dollarlıq yardım paketi layihəsi təqdim edilib


ABŞ-da Respublikaçılar Partiyası İsrailin HƏMAS-a qarşı müharibəsində ehtiyac duyduğu vəsaiti təmin etmək üçün ona 14,3 milyard dollarlıq yardım göndərilməsi layihəsini açıqlayıb.


Bu yardım kampaniyasında İsrailin “Dəmir günbəz” və “David Sling” hava hücumundan müdafiə sistemləri üçün 4 milyard dollar, “Dəmir şüa” hava hücumundan müdafiə sistemi üçün isə 1,2 milyard dollar ayrılması nəzərdə tutulur.

Həmçinin ABŞ Daxili Gəlir Xidmətinin (IRS) maliyyələşdirilməsindən ayrılan yardımın kəsilməsi təklif edilir.

Qanun layihəsinin bu gün Nümayəndələr Palatasının alt komitəsində müzakirəyə çıxarılacağı gözlənilir.

Digər tərəfdən, Ağ Evin sözçüsü Karine Jean-Pierre yazılı açıqlamasında qanun layihəsini tənqid edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu