ABŞ büdcəsi: Fələstinə humanitar yardım kəsildi, İsrailə hərbi dəstəyi artıılrdı


ABŞ-ın 1 trilyon 200 milyardlıq 2025-ci il büdcəsinə İsrailə hər il göndərilən 3 milyard 800 milyon dollarlıq müdafiə dəstək paketi də daxil edilib.


Büdcədə diqqət çəkən maddə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İctimai İşlər Agentliyinə ayrılan yardımın kəsilməsi olub.

Aclıq təhlükəsi olan Qəzzaya humanitar yardım göstərən ən mühüm təşkilat olan BMT-nin Fələstin ofisinə vəsait ayrılmayıb.

ABŞ administrasiyası və Konqresi buna səbəb kimi bəzi ofis işçilərinin İsrailə qarşı hücumlarda iştirak etdiyinə dair iddiaları göstərib.

Ancaq bəzi amerikalı senatorlar bu addımın sözügedən yardım işçilərini deyil, mülki Fələstinliləri hədəf aldığını əsas gətirərək qarşı çıxıblar.

Büdcə layihəsi Nümayəndələr Palatasında və Senatda qəbul edilərsə, o, ABŞ prezidenti Baydenin imzasına gedəcək.

İsrailə ən böyük tək hərbi yardımı ehtiva edən Milli Təhlükəsizlik Qanununun taleyi aylardır qaranlıq qalır. ABŞ Senatının qəbul etdiyi və hələ də Nümayəndələr Palatasında gözlənilən 95 milyard dollarlıq paketdə Ukraynaya 60 milyard, İsrailə isə 14 milyard dollar vəsait ayrılması nəzərdə tutulur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu