Tramp və Putin arasında mümkün görüşün tarixi açıqlanıb

ABŞ-da Tramp və Putin arasında mümkün görüşün tarixləri açıqlanıb
Rusiya və ABŞ liderləri arasında görüş bu ayın sonunda baş tuta bilər.
Bu barədə ABŞ-ın Bloomberg agentliyi öz mənbələrinə istinadən yazır.
Jurnalistlərin məlumatına görə, gələn həftə Səudiyyə Ərəbistanında iki ölkənin yüksək səviyyəli rəsmilərinin görüşü keçiriləcək və bu görüş Rusiya Federasiyası və ABŞ liderləri arasında fevralın sonuna planlaşdırılan danışıqlar üçün zəmin hazırlayacaq.
Adının açıqlanmasını istəməyən məmur agentliyə bildirib ki, danışıqlar aparan ilk qrup çox güman ki, milli təhlükəsizlik müşavirlərindən ibarət olacaq, lakin görüşün təfərrüatları və iştirakçıların siyahısı hələ də işlənir.
“Məqsəd mart ayında Ramazan ayı başlamazdan əvvəl yüksək səviyyəli sammit keçirməkdir”, - nəşr qeyd edib.
Məqalədə həmçinin Ukrayna rəsmilərinin də tədbirdə gözlənildiyi, lakin onların görüş barədə tam məlumatlı olmadıqları qeyd edilib.