Peskov Putin və Ərdoğan arasında planlaşdırılan görüşün təfərrüatlarını açıqlayıb
Mart ayında keçiriləcək Rusiya prezident seçkiləri öncəsi Rusiya lideri Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş gözləməyə dəyməz.
Bunu fevralın 26-da keçirdiyi brifinqdə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov “İzvestiya”nın sualını cavablandırarkən deyib.
“Prezidentin kifayət qədər sıx qrafiki var, cənab Ərdoğanın isə çox məşğul qrafiki var, lakin ən yüksək səviyyədə təmaslara hazırlıq gedir”.
Peskov əlavə edib ki, təmaslar “iki prezidentin cədvəlinə ən uyğun gələn zaman” baş tutacaq.
Qeyd edək ki, bu gün səhər saatlarında Putin və Ərdoğan arasında telefon danışığı olub. Rusiya prezidenti Türkiyə liderini 70 illik yubileyi münasibətilə təbrik edib. Onlar ikitərəfli münasibətləri də müzakirə ediblər.