Çindən NATO-ya sərt reaksiya


Çinin xarici işlər naziri Vanq Yi NATO-nun Pekinin Rusiyanın müdafiə sənayesini dəstəkləməsi ilə bağlı açıqlamalarına sərt reaksiya verib.



Sinxua agentliyinin məlumatına görə, nazir Vanq hollandiyalı həmkarı Kaspar Veldkampla telefon danışığı aparıb.

Vanq NATO-nun “Çin Rusiyanın müdafiə sənayesini əhəmiyyətli dərəcədə dəstəkləyir və Rusiyanın Ukraynada hərbi əməliyyatlarına şərait yaradır” bəyanatlarına qarşı çıxıb.

NATO-nun əsassız ittihamlar etdiyini müdafiə edən Vanq, bu cür bəyanatları əsla qəbul etməyəcəklərini vurğulayıb.

Nazir Vanq, Çinin beynəlxalq ictimaiyyətdə sülh və sabitliyin təmin edilməsi üçün çalışdığını ifadə edərək, "Çin və NATO ölkələrinin fərqli siyasi sistemləri və dəyərləri var. Lakin bu, NATO-nun Çinlə qarşıdurma yaratmasına səbəb olmamalıdır" deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu