Aİ sammiti enerji böhranını yumşaltmaq üçün konkret tədbirlər təklif etməyib
Avropa İttifaqının (Aİ) sammitində enerji böhranını yumşaltmaq üçün konkret tədbirlər təklif olunmayıb.
AFN.az xəbər verir ki, görüşün ilk gününün yekunlarına dair yazılı bəyanatda Aİ liderləri alternativ enerji mənbələrinə keçid strategiyasını davam etdirmək niyyətlərini təsdiqləyib, enerji təchizatının sabitləşdirilməsi üçün beynəlxalq koordinasiyalı tədbirlərə çağırıb və ABŞ-dan Avropaya yanacaq tədarükünü məhdudlaşdırmamağı istəyiblər.
Avropa Komissiyasının məlumatına görə, ilin əvvəlindən Aİ-də qazın qiyməti 140%, dizelin qiyməti isə 100% artıb. 2026-cı ilin ilk doqquz ayında ittifaq ölkələrinin enerji xərcləri son beş ilin eyni dövr üzrə orta göstəricisindən 100 milyard avro çox olub.
Komissiya istilik mövsümü ərəfəsində qaz ehtiyatlarının rekord dərəcədə aşağı olduğunu bildirərək Avropanı “son dərəcə ağır qışın” gözlədiyi barədə xəbərdarlıq edib. Bununla yanaşı, qurum Aİ ölkələrinin Rusiyadan bütün enerji resurslarının alışından tam və müddətsiz imtinası istiqamətində səylərini davam etdirəcəyini bəyan edib.

