Aİ-nin enerji xərcləri 30 gündə 14 milyard avro artdı



Avropa Birliyi (Aİ) Komissiyasının enerjidən məsul üzvü Dan Yorqensen Yaxın Şərqdəki hadisələrin enerji bazarlarında ciddi dalğalanmalara səbəb olduğunu bildirib. 30 gün ərzində Aİ-nin qalıq yanacaq idxalına əlavə 14 milyard avro xərc əlavə edildiyi açıqlanıb.

AFN.az xəbər verir ki, Yorqensen Brüsseldə keçirdiyi mətbuat konfransında qeyd edib ki, münaqişənin başlamasından bu yana Aİ-də qaz qiymətləri 70 faiz, neft qiymətləri isə 60 faiz artıb. Bu vəziyyət Birliyin idxal xərclərinə ağır yük yaradır. Hazırda birbaşa tədarük çatışmazlığı olmasa da, dizel və reaktiv mühərrik yanacağı bazarlarında daralma müşahidə edilir.

Böhranın enerji bazarlarına təsirinin qısamüddətli olmayacağını bildirən Yorqensen, üzv ölkələrin həm ailələri, həm də müəssisələri qoruması üçün yeni tədbirlər paketi üzərində işlədiklərini bəyan edib. O, 2022-ci ildəki qaz böhranından fərqli olaraq, hazırda neft və dizel sahəsində daha genişmiqyaslı problemlərin olduğunu vurğulayıb.

Sonda komissiya üzvü qeyd edib ki, münaqişə tezliklə bitsə daxil, bölgədəki enerji infrastrukturuna dəyən zərər səbəbindən böhranın nəticələri uzun müddət davam edəcək. Bu səbəbdən yanacaq qənaəti hazırda ən vacib amillərdən biri hesab olunur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu