Yaxın Şərqdəki gərginlik Avropa yanacaq bazarında balansları dəyişdi



Yaxın Şərqdəki gərginliyin qlobal enerji bazarlarında yaratdığı sarsıntı Avropa daxilində yanacaq qiymətlərini rekord səviyyəyə çatdırıb.

AFN.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının "Həftəlik Neft Bülleteni" məlumatlarına görə, yanacaq qiymətlərindəki artım tempi Almaniya istisna olmaqla digər ölkələrdə sürətlənib. Hücumların ilk günlərində Almaniyada daha sürətlə yüksələn qiymətlər, son bir həftədə qonşu ölkələrin də bu fərqi qapatması ilə balanslaşıb.

Dizel qiymətləri benzini geridə qoydu

Xüsusilə Danimarka dizel qiymətlərindəki artım tempinə görə Almaniyanı geridə qoyub, Avstriyada isə artım sürəti Almaniya bazarı ilə demək olar ki, bərabərləşib. Fevralın 28-də ABŞ və İsrailin İrana hücumları ilə artan gərginliyin daşıma və logistika xərclərinə birbaşa təsiri dizel yanacağı üzərindəki təzyiqi artırıb. Polşa, Çexiya, Lüksemburq və Belçikada isə "yanacaq turizmi" cəlbediciliyini qismən itirməyə başlayıb.

Niderland və Danimarka zirvədədir

Avropada yanacağın ən baha olduğu ölkələr siyahısında Niderland və Danimarka ilk sıraları bölüşür. 1000 litr ölçüsündə aparılan hesablamalara görə qiymətlər aşağıdakı kimidir:

  • Niderland: Benzin 2 262 avro, Dizel 2 264 avro
  • Danimarka: Benzin 2 178 avro, Dizel 2 208 avro
  • Almaniya: Benzin 2 085 avro, Dizel 2 146 avro

Ən ucuz yanacaq Bolqarıstan və Maltadadır

Vergi yükü fərqləri bəzi ölkələrdə qiymətlərin daha münasib qalmasını təmin edir. Bolqarıstan 1 331 avro ilə ən ucuz benzin, Malta isə 1 210 avro ilə ən ucuz dizel qiymətinə malikdir. Polşa və Rumıniyada qiymətlər 1 500-1 700 avro civarında seyr edir.

Almaniyadan "Avstriya Modeli" həmləsi

Almaniya hökuməti qiymət dalğalanmasına qarşı Bundestaqa yeni tədbirlər paketi təqdim edib. "Avstriya Modeli" qaydasına görə, yanacaqdoldurma məntəqələri qiymətləri gündə yalnız bir dəfə (saat 12:00-da) artıra biləcək, endirimlər isə sərbəst olacaq. Alman Avtomobil Klubu (ADAC) fevralın sonundan bəri dizelin 42 sent, benzinin isə 27 sent bahalaşdığını bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu