Azərbaycanda benzin və dizel satışından əldə olunan gəlir açıqlandı


Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda yanacaq istehlakçıları 3 milyard 521,3 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2024-cü ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 7,7 faiz artıb.

Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 6 faiz gəlir əldə edilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu