Mark Karni: Sərhədlərimizdən kənardakılar bizi parçalayaraq üzərimizdə nəzarət qurmağa çalışırlar



Kanadanın Baş naziri Mark Karni Alberta əyalətində keçiriləcək referendumun mümkün olan ən pis vaxta təsadüf etdiyini bildirib. 

AFN.az xəbər verir ki, Karni sərhədlərindən kənarda olan bəzi qüvvələrin Kanada üzərində nəzarət əldə etmək üçün ölkəni parçalamağa çalışdığını deyib.

Karni dünən Alberta əyalətinin Kalqari şəhərində oktyabrın 19-da keçiriləcək referendumla bağlı fikirlərini bölüşüb.

Referendumun mümkün olan ən pis vaxtda keçirildiyini deyən Karni dünyanın daha təhlükəli və parçalanmış vəziyyətə gəldiyini vurğulayıb. O, sərhədlərindən kənarda olan bəzi qüvvələrin Kanadaya sahib olmaq üçün ölkəni parçalamağa çalışdığını bildirib.

Karni referendum vasitəsilə mesaj vermək ideyasına aldanmamağa çağıraraq, Kanadaya qarşı veriləcək səsin uzun illər davam edəcək dərin parçalanmaya və böyük qeyri-müəyyənliyə səbəb olacaq təhlükəli blef olduğunu qeyd edib.

Oktyabrın 19-da Alberta əyalətində əyalətin Kanadanın tərkibində qalıb-qalmayacağı və ya gələcəkdə ayrılma referendumu keçirilib-keçirilməyəcəyi ilə bağlı səsvermə keçiriləcək.

Tesla və SpaceX şirkətlərinin baş direktoru İlon Mask ABŞ-ın X sosial media platformasındakı hesabında Kanadadakı separatçı müzakirələrə toxunaraq, Kvebekin ayrılmalı olduğunu və bunun ona daha yaxşı vəziyyət qazandıracağını bildirib. Mask Alberta və Saskaçevan əyalətlərinin də Kanadadan ayrılmalı olduğunu qeyd edib.

Baş nazir Karni isə Kanadanın gələcəyinə kanadalıların qərar verəcəyini və bu qərarı kanadalıların, eləcə də Kvebek əhalisinin prioritetlərinin müəyyənləşdirəcəyini bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu