Avropaya maye qazın əsas tədarükçüsü məlum olub


2023-cü ilin sonunda ABŞ təchizatçıları Avropa enerji bazarına mayeləşdirilmiş təbii qazın (LNG) əsas ixracatçılarına çevriliblər.



TASS ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatlarına istinadən xəbər verir ki, bu yanacağın Avropa İttifaqı (Aİ) ölkələri tərəfindən gündəlik idxalının ümumilikdə 48 faizi onların payına düşüb.

Departamentin hesabatında qeyd olunur ki, son üç ildə Avropa enerji bazarında ABŞ-dan LNG-nin payı əhəmiyyətli dərəcədə artıb. Əgər 2021-ci ildə Amerika tədarükçüləri Aİ-nin orta gündəlik idxalının 27 faizini təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 44 faizə yüksəlib.

2023-cü ilin sonunda ABŞ ixracatçılarının payı daha 4 faiz bəndi artıb. 12 ay ərzində bu rəqəm gündə 7,1 milyard kubfuta və ya təqribən 201,1 milyon kubmetrə qədər artıb. Avropaya LNG tədarükü baxımından ilk üçlüyə Qətər və Rusiya da daxildir. Birincisi Aİ-nin orta gündəlik idxalının 14 faizini, gündə 56,6 milyon kubmetr, ikincisi isə 13 faizini, 51 milyon kubmetr təmin edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu