İspaniya və Belçika AB-yə tədarük edilən Rusiya qazının təxminən dörddə üçünü alıb


2023-cü ilin sonunda Aİ ölkələri arasında Rusiya maye qazının (LNG) əsas alıcıları Belçika və İspaniya olub. Onlar bütün tədarükün demək olar ki, dörddə üçünü alıblar.



RİA Novosti bu barədə fevralın 18-də Avropa statistikasına istinadən məlumat yayıb.

İspaniya Rusiya Federasiyasının Avropaya tədarük etdiyi LNG-nin 40%-ni alıb. Söhbət 5,24 milyard kubmetrdən gedir. Belçika isə 30% alıb. Onun alışları 3,82 milyard kubmetrə çatıb. Üçüncü ölkə Hollandiya olub. Onlar 2,1 milyard kubmetr qaz alıblar.

Bundan əlavə Yunanıstanın LNG idxalı 4,1 dəfə, 750 milyon kubmetrə qədər artıb. Portuqaliya satınalmaları 1,4 dəfə artıraraq, 390 milyon kubmetrə çatdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu