Azərbaycan əhalisinin sayı artıb
İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 17 445 nəfər və ya 0,2 faiz artaraq 2026-cı il sentyabrın 1-nə 10 milyon 279 min 796 nəfərə çatıb.
AFN.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Belə ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.


