Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb
Milli Məclis 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
AFN.az xəbər verir ki, bu təkliflə parlamentin sədri Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.
Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar.


