Tramp Zelenskini tənqid etdi: Putinlə işləmək daha asandır



ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumları bərpa etməsini utancverici adlandıraraq Ukrayna Prezidenti Volodimir Zelenskini sərt tənqid edib. 

AFN.az xəbər verir ki, Tramp Zelenski ilə işləməyin Rusiya Prezidenti Vladimir Putinlə işləməkdən daha çətin olduğunu iddia edib.

Newsmax telekanalına müsahibəsində mövzu ilə bağlı suala cavab verən Tramp yanacaq qiymətlərinin artmasına diqqət çəkərək bunun utancverici olduğunu və hədəf alına biləcək çoxlu başqa yerlərin olduğunu bildirib.

Rusiyanın Ryazan vilayətindəki neft emalı zavoduna pilotsuz uçuş aparatı ilə edilən hücum Trampın bazar günü Moskva və Kiyevin enerji atəşkəsi barədə razılığa gəldiyini açıqlamasından sonra Rusiyanın enerji obyektinə qarşı həyata keçirilən ilk hücum olub.

Zelenskinin yeganə məqsədinin qlobal neft qiymətlərini artırmaq olduğunu iddia edən Tramp Ukrayna lideri ilə işləməyin Putinlə işləməkdən daha çətin olduğunu söyləyib.

Tramp Ukrayna prezidentinin razılaşma əldə etmək istəmədiyini, sadəcə bunu istəyirmiş kimi göründüyünü iddia edib.

Zelenski isə cümə axşamı verdiyi açıqlamada Trampın elan etdiyi enerji atəşkəsinə qarşı çıxaraq Rusiyanın neft emalı zavodlarına hücumların yenidən başlayacağını bildirib. O, həmçinin Trampı müharibədə təcavüzkar tərəfin yanında yer almamağa çağırıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu