Rebekka Qrinspan: BMT həddindən artıq ehtiyatlı davranır
BMT baş katibi postuna namizəd Rebekka Qrinspan təşkilatın beynəlxalq böhranların həllində həddindən artıq ehtiyatlı davrandığını bildirib.
AFN.az xəbər verir ki, o, bu barədə “Reuters” agentliyinə müsahibəsində danışıb.
Qrinspanın sözlərinə görə, BMT beynəlxalq problemlərin həllində daha fəal diplomatik rol oynamaq üçün kifayət qədər məlumata, təcrübəyə və yerli imkanlara malikdir, lakin təşkilata bu resurslardan düzgün istifadə edə biləcək rəhbərlik çatışmır. O, sülhməramlılığın BMT-nin əsas vəzifəsi olmalı olduğunu vurğulayıb.
Qeyd edək ki, BMT-nin hazırkı baş katibi Antonio Quterreşin ikinci müddəti 2026-cı il dekabrın 31-də başa çatır. Onun varisi 2027-ci il yanvarın 1-də vəzifəsinin icrasına başlamalıdır.

