Quttereş istefa vermək fikrində olmadığını bildirib


BMT-nin baş katibi Antonio Quterreş istefa vermək fikrində olmadığını bildirib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, o bu barədə jurnalistlərin suallarını cavablandırarkən deyib. Quterreş media mənsublarının “BMT Təhlükəsizlik Şurasının qlobal böhranları həll etməkdə uğursuzluğuna etiraz olaraq” istefa verməyi planlaşdırıb-görmədiyi haqda sualını cavablandırıb. “Bir çox insanlar istefamı alqışlayardı, ona görə də onlara bu sevinci verməyəcəyəm” - deyə Quterreş bildirib.

Antonio Quterreşin BMT-nin baş katibi kimi səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu