Quttereş Naqasaki hadisələrinin ildönümündə artan nüvə təhlükəsindən danışıb

BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, dünya nüvə silahından istifadə və ondan təzyiq aləti kimi istifadə təhlükəsi ilə üzləşib.
O, bunu Naqasaki şəhərini Amerikanın atom bombası ilə vurmasının 79-cu ildönümü münasibətilə müraciətində bildirib.
"Nüvə silahından təzyiq vasitəsi kimi istifadə təhlükəsi bir daha üzünü göstərdi", - Quterreş bildirib. O, dünyada parçalanmanın dərinləşdiyini, dövlətlər arasında etimad səviyyəsinin də aşağı düşdüyünü vurğulayıb. BMT-nin baş katibi növbəti dəfə nüvə silahından tam imtinaya çağırış da səsləndirib.
Quterreş, bütün əvvəlki illərdə olduğu kimi, mesajında 1945-ci ildə Yaponiya şəhərlərinə atom bombasını atan ölkə kimi ABŞ-ı qeyd etməyib.