Dünyada nüvə tərksilahı ilə bağlı vəziyyətin pisləşməsinə görə Rusiya və KXDR günahkardır - Fumio Kişida


Dünyada nüvə tərksilahı ilə bağlı vəziyyətin pisləşməsinə görə Rusiya və KXDR günahkardır.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Yaponiyanın baş naziri Fumio Kişida parlamentin aşağı palatasının plenar iclasında əsas çıxışında bəyan edib. "Rusiyadan gələn nüvə təhlükəsi və Şimali Koreyanın nüvə və raket texnologiyasının inkişafı səbəbindən nüvə tərksilahı ilə bağlı vəziyyət getdikcə daha ciddi olur" - deyə Kişida bildirib.

Baş nazir əmin edib ki, Yaponiya nüvəsiz dünya yaratmaq üçün səylərini davam etdirəcək. Hökumət başçısının sözlərinə görə, bu işdə 2022-ci ildə təqdim olunan “Xirosima Fəaliyyət Planı” adlı konsepsiya əsas götürülə bilər. Nüvə silahından istifadə etməməyin vacibliyini vurğulayır. Konsepsiya həmçinin nüvə silahına malik dövlətlərdən nüvə materiallarının istehsalının vəziyyəti ilə bağlı məlumatları açıqlamağı tələb edir.

Xirosima və Naqasakiyə atılan atom bombaları ABŞ tərəfindən İkinci Dünya Müharibəsinin ən sonunda rəsmi olaraq elan edilmiş Yaponiyanın təslim olmasını sürətləndirmək məqsədi ilə həyata keçirildi. Onlar bəşəriyyət tarixində nüvə silahından döyüş istifadəsinə dair yeganə nümunə oldular. Xirosimada bomba partlayışı zamanı, müxtəlif hesablamalara görə, 70 mindən 100 minə qədər, Naqasakidə 70 minə qədər insan həlak olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu