Yaponiya nüvə silahı olmayan dünya üçün 3 milyard vəd edir


Yaponiyanın baş naziri Kişida Fumio ölkəsinin nüvə silahı olmayan dünya məqsədinə nail olmaq üçün 3 milyard yen (20 milyon dollar) yardım edəcəyinə söz verib.


Baş nazir Nyu-Yorkda BMT-nin 78-ci Baş Assambleyasında çıxışında bildirib ki, Yaponiya nüvə silahı olmayan dünya vizyonu üçün səy göstərəcək.

“Çoxşaxəli yanaşma nüvə tərksilahına dair qlobal tendensiyanı saxlamaq üçün vacibdir” deyən Kişida qeyd edib ki, Yaponiya nüvə silahı olmayan dünyaya 3 milyard yen (20 milyon dollar) məbləğində maliyyə ayıracaq.

BMT Təhlükəsizlik Şurasının islahatının həyata keçirilməsi üçün səylərə töhfə verməyə davam edəcəklərini ifadə edən Kişida, bölünmə və qarşıdurma yerinə əməkdaşlığa əsaslanan bir dünya yaratmağın vacibliyini vurğulayıb.

Fumio Kişida Rusiyanın Ukraynaya hücumlarını pislədiklərini bildirərərək Moskva rəhbərliyini insan haqları pozuntularını tez bir zamanda düzəltməyə və nüvə təhdidlərinə son qoymağa çağırıb.

Şimali Koreyanın nüvə və raket proqramlarına toxunan baş nazir Yaponiyanın 2002-ci ildə Tokio və Pxenyan arasında imzalanan bəyannaməyə uyğun olaraq Şimali Koreya ilə münasibətləri normallaşdırmağa hazır olmaq mövqeyini hələ də saxladığını bildirib.

Kişida 1970-1980-ci illərdə Şimali Koreya tərəfindən saxlanılan Yaponiya vətəndaşlarının problemini həll etmək üçün ilkin şərt olmadan Şimali Koreya lideri Kim Çen Inla görüşmək istədiyini bir daha vurğulayıb.

Davamlı və keyfiyyətli iqtisadi artımın vaciblidiyinə diqqət çəkən Yaponiya lideri bildirib ki, millətlər qlobal problemləri birgə həll etməli olduğu üçün insan mərkəzli əməkdaşlığı təşviq etmək zəruridir.

Kişida bu məqsədlə Yaponiyanın gəlir bərabərsizliyini aradan qaldıracaq və qadınların sosial yüksəlişini sürətləndirəcək tədbirlər həyata keçirməyə hazır olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu