İran Yaponiyanın nüvə sazişini canlandırmaq planını təqdim etdiyini açıqlayıb


İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Yaponiya tərəfindən 2015-ci ildə imzalanan, lakin ABŞ-ın birtərəfli qaydada çıxmasından sonra faktiki olaraq ləğv edilən nüvə sazişini canlandırmaq üçün planın təqdim edildiyini bildirib.


Yaponiyanın "Kyodo" Xəbər Agentliyinə danışan Abdullahiyan Tokio administrasiyasının İran və 5+1 qrupu arasında danışıqların yenidən başlaması planını təqdim etdiyini deyib: Biz Yaponiyanın nüvə anlaşmasının canlandırılmasında konstruktiv rolunu dəstəkləyirik".

Abdullahian Yaponiyanın istənilən təşəbbüsünün İranın maraqlarına uyğun olması şərti ilə Tehran tərəfindən müsbət qiymətləndiriləcəyini bildirib.

Yaponiyanın təklif etdiyi planla bağlı ətraflı məlumat verməyən İran XİN rəhbəri bu təklifi avqust ayında Tokioya səfəri zamanı aldığını qeyd edib.

Abdullahiyan Yaponiya hökumətindən təklif aldığını və baş nazir Kişida Fumio və daha sonra Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa ilə görüşdüyünü bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu