Quterreş: Nüvə silahları açıq-aşkar təhlükə yaradır


Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ABŞ-ın Xirosima və Naqasakiyə atom bombası atmasının 79-cu ildönümündə nüvə silahlarının açıq-aşkar təhlükə yaratdığı barədə xəbərdarlıq edib.



Nüvə silahlarının və ondan istifadə təhlükəsinin təkcə tarix kitabları ilə məhdudlaşmadığını qeyd edən Quterreş bu silahların beynəlxalq münasibətlərin gündəmində bir daha öz yerini tutduğunu bildirib.

Quterreş xəbərdarlıq edib ki, nüvə silahı açıq-aşkar təhlükə yaradır və onlardan istifadə fəlakətli nəticələrə səbəb olacaq.

Bəzi ölkələrin xəbərdarlıqlara baxmayaraq nüvə silahından istifadə ilə təhdidlərini davam etdirdiyinə diqqət çəkən Quterreş, beynəlxalq ictimaiyyətin bu qəbuledilməz davranışı qınamalı olduğunu vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu