Quterreşdən nüvə sınaqlarına qarşı xəbərdarlıq
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterres bütün nüvə silahına malik ölkələri nüvə sınaqlarına “moratorium”u təsdiqləməyə və saxlamağa çağırıb.
BMT sözçünün müavini Fərhan Haq gündəlik mətbuat konfransında açıqlama verib.
Rusiya prezidenti Vladimir Putinin ölkəsinin Əhatəli Nüvə Sınaqlarının Qadağası Müqaviləsindən (CTBT) ratifikasiyasını geri çəkə biləcəyi ilə bağlı açıqlamasına gəlincə, Haq "Baş katib CTBT-nin həyata keçirilməsinin zəruriliyini daim vurğulayır" - deyə bildirib.
Haq həmçinin bəyan edib ki, baş katib bütün ölkələri sazişi ratifikasiya etməyə çağırıb.
Ölkələrin CTBT çərçivəsində öhdəliklərini yerinə yetirməli olduğuna işarə edən Haq bildirib ki, baş katib bütün nüvə silahı olan ölkələri nüvə sınaqlarına qoyulan moratoriumun təsdiqini və saxlanmasını tələb edir.