Yaxın Şərqdə gəmiçilik azadlığı təmin edilməlidir - BMT baş katibi
BMT-nin Baş katibi Antoniu Quterreş tərəfləri Yaxın Şərqdə Hörmüz və Bab əl-Məndəb boğazları vasitəsilə tam gəmiçilik azadlığını təmin etməyə çağırıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Quterreş bu barədə Bişkekdə "ŞƏT+" formatında keçirilən sammitdə çıxışı zamanı bəyan edib.
"Beynəlxalq hüquqa və gəmiçilik azadlığına, o cümlədən Hörmüz boğazı və Bab əl-Məndəb boğazı bölgəsində riayət olunmasını təmin edəcək dinc, ədalətli və uzunmüddətli nizamlanma vacibdir", - deyə BMT baş katibi vurğulayıb.
O qeyd edib ki, hazırda Yaxın Şərqdə atəşin dayandırılmasına dair əldə olunmuş razılaşmalar və sazişlər davamlı olaraq pozulur.

