BMT Hörmüz boğazında gəmiçilik probleminin həllinə kömək edə bilər
BMT-nin Baş katibi Antonio Quterreş hesab edir ki, dünya təşkilatı Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə kömək edə bilər.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, "Politico" nəşrinin Avropa variantına müsahibəsində bildirib.
Quterreş müvafiq məsələyə toxunarkən Qara dəniz taxıl təşəbbüsünü nümunə gətirib. "Mənim əsas məqsədim Hörmüz boğazında əvvəllər (taxıl sazişi ilə — red.) mövcud olan şəraitə bənzər mühitin yaradılmasının real olub-olmadığını aydınlaşdırmaqdır. Şübhəsiz ki, kontekst fərqlidir və həll yolu da fərqli olmalıdır. Bununla belə, biz faydalı olmaq istərdik və sistemin idarə olunmasını üzərimizə götürməyə hazırıq. Bunun üçün yaradılmış işçi qruplarımız var, lakin biz birbaşa ABŞ və digər ölkələrlə işləməyə üstünlük veririk", — deyə Baş katib vurğulayıb.


