KİV: ABŞ müttəfiqlərindən real addımlar deyil, sadəcə bəyanatlar gözləyir


Vaşinqton administrasiyası Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı müttəfiqlərindən konkret hərbi və ya texniki dəstəkdən daha çox, siyasi bəyanatlar verməyi tələb edir.

AFN.az xəbər verir ki, bu barədə Amerikanın "Politico" qəzeti Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin mənbələri bildirir ki, Ağ Ev müttəfiqlərindən Hörmüz boğazının təhlükəsizliyini təmin etməyə hazır olduqlarına dair rəsmi açıqlamalar istəyir. Prezident Donald Tramp administrasiyasının bu taktikasının əsas məqsədi hərbi güc toplamaq deyil, qlobal maliyyə bazarlarını sakitləşdirməkdir.

Məlumata görə, Vaşinqton Avropa və Asiya ölkələrindən həftənin sonuna qədər bu istiqamətdə yüksək səviyyəli bəyanatlarla çıxış etmələrini xahiş edib.

Məqalədə vurğulanır ki, ABŞ rəhbərliyi hazırda Yaxın Şərqdəki vəziyyətin bazarlara təsirini minimuma endirməyə çalışır. İnvestorların artan narahatlığını nəzərə alan Ağ Ev hesab edir ki, müttəfiqlərin hətta sadə dəstək bəyanatları belə maliyyə dünyasında inamı bərpa etmək və neft qiymətlərindəki dalğalanmanın qarşısını almaq üçün kifayətdir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu