Quterreş: Ukraynada atəşin tam dayandırılmasının vaxtı çatıb
BMT-nin Baş katibi Antoniu Quterreş Ukraynada danışıqlara yol aça biləcək dərhal və tam atəşkəsin vaxtının çatdığını bəyan edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə Bişkekdə "ŞƏT+" formatında keçirilən sammitdə bildirib.
"Dörd ildən çox vaxt keçdikdən sonra Ukraynada atəşin tam və dərhal dayandırılmasının vaxtı çatıb. Bu, BMT Nizamnaməsi və müvafiq qətnamələr də daxil olmaqla, beynəlxalq hüquqa uyğun olaraq ədalətli, davamlı və hərtərəfli sülhün əldə olunması üzrə danışıqlara yol açardı", - deyə Quterreş qeyd edib.


