Quterreş ABŞ-ın Ukrayna münaqişəsi ilə bağlı səylərini alqışlayır


BMT-nin baş katibi Antonio Quterreş ABŞ-ın Ukraynada münaqişənin həllinə yönəlmiş son təşəbbüslərini yüksək qiymətləndirib.

AFN.az xəbər verir ki, bu barədə onun rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Baş katib ABŞ və Prezident Trampın Ukraynada sülhə yönəlmiş diplomatik səylərini səmimiyyətlə alqışlayır. Vaşinqtondakı müzakirələr bu prosesin əsas hissəsi olub. Quterreş üçün vacibdir ki, bütün tərəflər dialoqa fəal şəkildə qoşulsunlar”, – deyə o qeyd edib.

Məlumata görə, yaxın günlərdə Quterreş Vaşinqton görüşünün iştirakçıları ilə də ayrıca danışıqlar aparacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu