Tramp: ABŞ İrana sərf etdiyindən daha çox sursatı Ukraynaya verib
ABŞ Prezidenti Donald Tramp ölkəsinin İranda istifadə etdiyindən daha çox sursatı əvvəllər Ukraynaya verdiyini bildirib.
AFN.az xəbər verir ki, Tramp bu barədə “Newsmax” telekanalına müsahibəsində danışıb.
“Ukraynaya sursat verərək ehtiyatlarımızın böyük hissəsini sərf ediblər. Biz isə İranda nisbətən çox az sursat istifadə etmişik”, – deyə ABŞ lideri bildirib.
