Tramp Baydendən qalan 4 milyard dolları Kiyev üçün silaha xərcləyəcəkmi?
![](/uploads/posts/2025-02/ukraynaya-silah.jpg)
ABŞ prezidenti Donald Tramp Konqresin bu ehtiyaclar üçün ayırdığı, lakin ABŞ-ın əvvəlki lideri Co Baydenin xərcləmədiyi vəsaitlərdən Ukraynaya 4 milyard dollarlıq hərbi yardımı köçürmək niyyətində olub-olmaması ilə bağlı suala birmənalı cavab verməyib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, jurnalistlərin bununla bağlı sualına ABŞ lideri "Görəcəyik" deyə cavab verib. O, bu barədə narkotik qaçaqmalçılığına görə həbs cəzasını çəkən və Rusiya hakimiyyət orqanları tərəfindən azadlığa buraxılan Amerika vətəndaşı Mark Vogellə görüşü zamanı danışıb.