Bayden Kiyev üçün nəzərdə tutulan bütün vəsaitin ayrılmasını təsdiqləyib
ABŞ prezidenti Co Bayden Pentaqona Amerika lideri kimi səlahiyyət müddətinin sonuna qədər Ukrayna üçün nəzərdə tutulan bütün vəsaiti ayırmağı tapşırıb.
AFN.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.
“Mən Müdafiə Nazirliyinə prezidentlik müddətimin sonuna qədər Ukraynanın təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulan bütün qalan vəsaiti ayırmağı tapşırmışam”, - deyə Baydenin tapşırığında qeyd edilir.
Açıqlamada bildirilir ki, ABŞ prezidenti Konqresin təsdiq etdiyi vəsaitdən Ukraynaya 5,5 milyard dollar ayırmağa razılaşıb.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Bayden yarışdan çəkilmək qərarına gəlib. Hazırkı vitse-prezident Kamala Harris Demokratların ən yüksək hökumət postuna namizədi olub. Respublikaçıların namizədi, ABŞ-ın keçmiş prezidenti Donald Tramp onun əsas rəqibidir.