Azərbaycan XİN Pakistana başsağlığı verib



Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda məktəb binasının bir hissəsinin uçması nəticəsində çox sayda şagird və müəllimin həlak olması ilə bağlı başsağlığı verib. 

AFN.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

Paylaşımda qardaş Pakistanın Peşəvər şəhərində məktəb binasının bir hissəsinin faciəvi şəkildə uçması nəticəsində çox sayda şagird və müəllimin həyatını itirməsi ilə bağlı dərin hüznlə başsağlığı verildiyi və səmimi kədərin ifadə olunduğu bildirilib.

Həmçinin həlak olanların ailələrinin kədərinin bölüşüldüyü, faciədən zərər çəkən hər kəsə dərin hüznlə başsağlığı verildiyi qeyd olunub.

Qeyd edək ki, ötən gün Pakistanda məktəbin damının uçması nəticəsində 29 nəfər ölüb. Ölənlər arasında 28 uşaq var. 40-dan çox insan isə yaralanıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu