BMT taxıl müqaviləsi çərçivəsində Rusiya banklarına kömək edəcək


BMT taxıl müqaviləsi çərçivəsində Rusiya bankları ilə əməliyyatlar aparmağın yollarını axtarır.


AFN.az TASS-a istinadən xəbər verir ki, Ümumdünya Təşkilatının baş katibinin mətbuat katibinin müavini Fərhan Haq Rusiya banklarına yardım qərarını açıqlayıb. O, izah edib ki, Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) rəhbəri Rebekka Qrinspan və komandasının iş sahələrindən biri Rusiya banklarına, o cümlədən Rosselxozbank-a ödənişlər etməyə imkan verəcək həll yolu tapmaqdır.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin taxıl sazişinin həyata keçirilməsi üçün səylər göstərdiyini qeyd edib. Onun sözlərinə görə, təşkilatın baş katibi Antonio Quterreş üç Amerika bankından sanksiyalar nəticəsində SWIFT-dən ayrılan Rosselxozbank-a xidmət ixracı əməliyyatlarında kömək istəyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu