BMT baş katibinin müavini Moskvaya səfər edəcək


BMT baş katibinin müavini Rosemary DiCarlo iyunun 15-16-da Moskvaya gedəcək və Rusiya Xarici İşlər Nazirliyinə baş çəkəcək.


AFN.az xəbər verir ki, səfər barədə təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

O, qeyd edib ki, baş katibin müavini Rusiya diplomatik departamentinin yüksək vəzifəli nümayəndələri, eləcə də digər hökumət nümayəndələri ilə görüşəcək, sülh və təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş taxıl sazişinin mümkün uzadılmaması ilə bağlı narahatlığını bildirmişdi. O, bəyan edib ki, BMT Qara Dəniz Taxıl Təşəbbüsünün davam etdirilməsi, eləcə də Rusiya ixracının təşkili üzrə işlərin davam etdirilməsi üçün çox çalışır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu