Honq Konqda birdəfəlik plastik qablara qadağa qüvvəyə minir


Honq-Konqda ətraf mühitin çirklənməsini azaltmaq üçün birdəfəlik plastik qablara qadağa qüvvəyə minib.



Honq-Konq Ətraf Mühitin Mühafizəsi Departamentinin rəsmi saytında dərc edilən açıqlamada birdəfəlik plastik qablara qadağanın başladığı bildirilib.

Böyük qida istehsalçısı və istehlakçısı olduğu üçün çoxlu miqdarda plastik və strafor qabları istehlak edilən Honq-Konqda bu sahədə tətbiq edilən qadağanın bu gündən etibarən qüvvədə olacağı qeyd edilib.

Bildirilib ki, yeni qanuna əsasən, çəngəl, bıçaq, çöp və boşqab kimi birdəfəlik məhsulların satışı və ya paylanması mümkün olmayacaq. Qadağa hələlik paket servisdə istifadə edilən plastik qida qablarına və fincanlara şamil edilmir.

Gələn ildən tətbiqi gözlənilən qadağanın ikinci mərhələsində birdəfəlik plastik məmulatların hamısını, o cümlədən paketləri əhatə edəcəyi vurğulanıb.

Bildirilib ki, keçid dövründə 6 aylıq güzəşt müddəti verilən restoranların əksəriyyəti yeni tədbiri həyata keçirməyə başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu