Fransada maaş artımı tələb edən polislər Parisdə aksiya keçirib



Fransada maaşlarının artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edən minlərlə polis paytaxt Parisdə yürüş keçirib.

AFN.az xəbər verir ki, həmkarlar ittifaqının çağırışı ilə ölkənin müxtəlif bölgələrindən gələn minlərlə polis Parisdə bir araya gəlib.

Polislər Şanzelize prospektindən başlayan yürüşü Milli Assambleyanın binasına doğru davam etdiriblər.

Hökumətə etiraz edən polislərin üzərində Prezident Emmanuel Makronun üzünün əks olunduğu maskalar taxdığı və plakatlar açdığı görülüb.

Polislər xidmət əlavələrinin və kompensasiyaların artırılması ilə yanaşı, iş şəraitinin yaxşılaşdırılmasını da tələb ediblər.

Yürüş iştirakçıları arasında 2027-ci il prezident seçkilərində namizəd olan keçmiş daxili işlər naziri Bruno Retayyo da yer alıb.

Polis həmkarlar ittifaqı 4 sentyabrda daxili işlər naziri Loran Nünez ilə polislərə əlavə ödənişlərin verilməsi ilə bağlı danışıqlar aparıb, lakin istədiyi cavabı ala bilməyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu