Böyük Britaniyada müəllimlər bu həftə ikinci dəfə tətil edirlər
Böyük Britaniya əmək haqqının artırılması tələbi ilə hökumət və müəllimlər arasında uzun müddət davam edən mübahisə fonunda on minlərlə təhsilverən bu həftə ikinci dəfə tətilə çıxıb.
AFN.az xəbər verir ki, ölkədə Milli Təhsil Birliyinə (NEU) üzv olan müəllimlər maaş artımı ilə bağlı hökumətlə aylardır davam edən mübahisə fonunda keçən fevral ayından bəri yeddinci dəfə iş yerlərini tərk ediblər.
Müəllimlərin tətili səbəbiylə bir çox məktəbin tamamilə və ya qismən bağlandığı İngiltərədə tətilə qatılan təhsil işçilərini təmsil edən NEU inflyasiya qarşısında “ədalətli və məqbul maaş artımı” tələb edir.
Hökumətin keçən ay açıqladığı məlumatlara görə, keçən il təxminən 40,000 tam iş yaşında olan müəllim peşəsini tərk edib. Bu, məlumatların saxlanmağa başladığı "2010-cu ildən bəri ən yüksək rəqəm" olaraq qeydə alınıb.
Hökumətlə davam edən əməkhaqqı mübahisəsinə görə iyulun 5-i çərşənbə günü müəllimlər də tətilə çıxıb və minlərlə insan etiraz etmək üçün paytaxt Londonda yürüş keçirib.
İngiltərədə dövlət məktəblərində çalışan müəllimlərin böyük əksəriyyəti 2022-2023-cü illər üçün 5 faiz maaş artımı alıb.
Britaniya hökuməti ilə həmkarlar ittifaqları arasında gərgin danışıqlardan sonra hökumət 1000 funt sterlinq məbləğində birdəfəlik əlavə ödəniş təklif etdi.
Təhsil Nazirliyi bunu “ədalətli və əsaslı təklif” kimi qiymətləndirsə də, müəllimlərin üzv olduğu 4 həmkarlar ittifaqının hamısı bu təklifi rədd edib.