İngiltərədə həkimlər 50 ildən sonra ilk dəfə tətil edirlər


İngiltərədə minlərlə mütəxəssis həkim maaşların artırılması və iş şəraiti ilə bağlı hökumətlə fikir ayrılığı səbəbindən 50 ildə ilk dəfə tətilə çıxıb, 48 saatlıq fasiləyə başlayıb.


Maaş artımı və iş şəraiti ilə bağlı hökumətlə razılaşmayan həkimlərin iki günlük tətili səbəbindən bir çox görüşlər təxirə salınıb.

Mütəxəssis həkimləri təmsil edən Britaniya Tibb Assosiasiyası (BMA) həmkarlar ittifaqı hökumətin maaşların 6 faiz artırılması təklifini həkimlərə “təhqir” kimi qiymətləndirib.

Böyük Britaniyanın Milli Səhiyyə Sistemi (NHS) tərəfindən edilən şərhdə 50 ildən sonra mütəxəssis həkimlərin qatıldığı ilk iş dayandırma aksiyasının bu il indiyə qədər tətil aksiyaları arasında ən ciddi təsirə malik olacağı bildirilir.

Böyük Britaniyanın səhiyyə naziri Stiv Barklay tətillə bağlı verdiyi açıqlamada hökumətin maaşları araşdıran müstəqil təşkilatların tövsiyələrinə əsaslandığını və maaşların 6 faiz artırılmasının məqsədəuyğun olduğunu əsas gətirərək, mübahisəyə son qoymağa çağırıb. Barklay, söz mövzusu artımın hökumətin son təklifi olduğunu vurğulayaraq, "İndi xəstələrə üstünlük vermə zamanıdır" - deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu