İngiltərədə praktikant həkimlər yenidən tətilə başlayıblar


İngiltərədə praktikant həkimlər maaş artımı ilə bağlı hökumətlə aparılan danışıqların nəticəsiz qalmasından sonra yenidən 3 günlük tətilə başlayıblar.



Ölkədə uzun müddətdir maaş artımı ilə bağlı hökumətlə fikir ayrılığı yaşayan praktikantlar həkimlərin tətil qərarı bu ayın əvvəlində Britaniya Tibb Assosiasiyası (BMA) ilə hökumət arasında aparılan danışıqların dağılmasından sonra verilib.

Böyük Britaniyanın Milli Səhiyyə Sisteminin (NHS) məlumatına görə, keçən il səhiyyə işçilərinin tətilləri səbəbindən 1,1 milyondan çox müayinə və müalicə ləğv edilib.

Həkimlər gələn ay altı günlük tətil planlaşdırır, bu NHS tarixində ən uzun tətildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu