Parisdə keçirilən kənd təsərrüfatı sərgisində iki fransalı nazirə yumurta atılıb


Parisdə kənd təsərrüfatı sərgisinə gələn ziyarətçilər Fransa hökumətinin kənd təsərrüfatı siyasətindən narazı qalaraq Fransanın ekologiya naziri Kristof Beşu və ölkənin Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Mark Fenotu fitə basıb və yumurta atıblar.



Bu barədə martın 1-də Fransanın BFMTV telekanalı məlumat yayıb.

Sərgiyə gələn narazı ziyarətçilər əllərində “Yer üzünə qayıdın” yazılmış lövhələr tutub, bəziləri “Feno istefa!” qışqırıblar. BFMTV-nin məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin rəhbərinin istefasını tələb edən etirazçılar Fransanın peşəkar fermer təşkilatları arasında ən böyüyü olan FNSEA həmkarlar ittifaqının üzvləridir.

Martın 1-də səhər saatlarında “Kənd Koordinasiyası” adlı başqa bir həmkarlar ittifaqı Parisdəki Arc de Triomphe qarşısında etiraz aksiyası keçirib və hüquq-mühafizə orqanlarının əməkdaşları 66 nəfəri saxlayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu