Paris məhkəməsi Makrona görə 10 nəfəri təqsirli bildi


Paris məhkəməsi Fransanın birinci ledisi Bricit Makron haqqında internetdə yayılan yalan xəbərlərə görə 10 nəfəri təqsirli bilib. Bu barədə 5 yanvar tarixində France Info radio stansiyası məlumat yayıb.

Belə ki, Aurelien Poarson-Atlant sosial şəbəkə X-də paylaşılan bir sıra postlara görə şərti icra ilə səkkiz aylıq həbs cəzasına məhkum edilib. Delfin J. YouTube-da yayımlanan və Makron haqqında viral olan dörd saatlıq videonu hazırladığı üçün şərti altı aylıq həbs və altı aylıq onlayn hesablarının bloklanması cəzasına məhkum edilib.

Bununla yanaşı, 2024-cü ildə Bricit Makronun bədəninə tüklü sinə montajı etməsi ilə tanınan Bertrand Şollerşərti altı aylıq həbs cəzasına məhkum edilib.

Digər yeddi təqsirləndirilmiş şəxs isə daha yüngül cəzalar alıblar.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu